0702133333

0702133333

Vision Academy “IELTS müəllimi” vakansiyası elan edir
27.09.2024 15:54

Vision Academy “IELTS müəllimi” vakansiyası elan edir.    Şirkət haqqında: Vision Academy 2009-cu ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən bəri öz məqsədinə sadiq qalaraq elm və bilik öyrənmək istəyənlərin əsas seçimlərindən biridir. Mərkəzimizin əsas hədəflərindən biri də ölkəmizin təhsil sisteminin inkişafına dəstək vermək, bu sahədə yeniliklər yaratmaqdır. Bu məqsədləri həyata keçirmək yolunda bizimlə bərabər çalışan əməkdaşlarımız ilə fəxr edirik və Sizi də Vision ailəsinin bir hissəsi olmağa, səmimi kollektivimizə qoşulmağa dəvət edirik. Vəzifələr:Tələbələrin imtahana hazırlıq səviyyəsini nəzərə alaraq fərdi və qrup dərsləri üçün müvafiq proqramlar hazırlamaq.İELTS-in dörd bölümü (Listening, Reading, Writing, Speaking) üzrə dərslər keçmək, interaktiv metodlarla tələbələri motivasiya etmək.Tələbələrə imtahanın strukturu, vaxt idarəetməsi, test strategiyaları və yazılı və şifahi bölmələrdə uğurlu nəticələr üçün metodlar öyrətmək.Tələbələrin imtahan hazırlığını qiymətləndirmək, müvafiq imtahan sualları hazırlamaq və onlara nəticələrinə əsaslanaraq inkişaf tövsiyələri vermək.Tələbələrin imtahan prosesi boyunca motivasiyasını artırmaq, onların suallarını cavablandırmaq və onlara lazım olan dəstəyi göstərmək.Müxtəlif tədris resursları və materiallarından istifadə edərək dərsləri daha cəlbedici və məhsuldar etmək.Tələblər:İngilis dili, filologiya və ya müvafiq sahədə bakalavr və ya magistr dərəcəsi.İELTS imtahanında minimum 8 bal  və ya digər beynəlxalq dil sertifikatları.Tədris sahəsində ən azı 5 il təcrübə; imtahan qiymətləndirməsi ilə bağlı təcrübə üstünlükdür.İngilis dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı; müxtəlif yaş qrupları ilə işləmək bacarığı.Müxtəlif tədris metodologiyaları və strategiyaları üzrə biliklər; tələbələrə effektiv şəkildə tədris etmə bacarığı.Tələbələrin zəif tərəflərini müəyyənləşdirmək və onların inkişafını izləmək üçün analitik düşüncə qabiliyyəti.  Təklifimiz: Sərbəst iş qrafiki;Nahar şirkət tərəfindən qarşılanır;Əmək haqqı namizədin bilik və bacarıq səviyyəsinə uyğun təyin olunur.Tələblərə cavab verən namizədlər  öz CV-lərini “IELTS müəllimi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər